RU

Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Marja.az xəbər verir ki, müşavirədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək deyib:

"İndi isə diqqəti idxal strukturuna cəlb etmək istəyirəm. İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərmişdir ki, idxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var. Biz bunların ölkədə 100 faiz istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik. Məhsulların təxminən əlli faizində isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25 faiz məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır".

İş elanları AzVak.az-da

Избранный
18
marja.az

1Источники