RU

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, "AccessBank" və "Neurotime" tərəfdaşlığı ilə keçirilən “Building with AI: From Idea to Working Product” birgünlük innovasiya hakatonu uğurla başa çatıb.

23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.

Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq "ChatGPT", "Claude", "Cursor", "Lovable", "Replit", "Zapier", müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:

I yer — Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə

II yer — Emil Qallacov, Məhəmməd Babayev

III yer —Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə

Qeyd edək ki, “Building with AI: From Idea to Working Product” hakatonunun ümumi mükafat fondu 5 min manat təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:

I yer — 2 500 manat

II yer — 1 500 manat

III yer — 1 000 manat

Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb.

Избранный
2
9
azertag.az

10Источники