ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanda heyvandarlıq sahəsində normativ hüquqi aktlar yenilənəcək.
"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"da öz əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illər ərzində ölkədə “Damazlıq heyvandarlıq haqqında” Qanunun, eləcə də heyvandarlıq sahəsində digər normativ hüquqi aktların təhlil edilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla təkliflər hazırlanması nəzərdə tutulub.
Eyni zamanda, təkliflər nəzərə alınmaqla, yerli şəraitə uyğun təkmilləşdirilmiş hüquqi sənədlər, həmçinin standart, tələb və reqlamentlər tətbiq ediləcək. Heyvandarlıq və heyvan sağlamlığı üzrə beynəlxalq standartlara uyğun normativ hüquqi baza və texniki tənzimləmə sistemi tətbiq ediləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.