RU

İcra başçısı Türkiyədə təhsil alan jurnalistlə görüşdü 

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov jurnalist Əli Yarıyevlə görüşüb.


Manset.az xəbər verir ki, icra başçısı Türkiyədə dövlət təqaüdü ilə magistratura təhsili alan jurnalist Əli Yarıyevlə görüşdə onun təhsili ilə maraqlanıb. Görüş zamanı rayonun sosial-ictimai həyatı barədə fikir mübadiləsi aparılıb. Rafiq Cəlilov jurnalist Əli Yarıyevin timsalında cəlilabadlı gənclərin ölkə və dünya arenasında uğurla təmsil olunmasının sevindirici hal olduğunu qeyd edib.

İcra başçısı Rafiq Cəlilov jurnalist Əli Yarıyevə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Избранный
3
manset.az

1Источники