RU

İnfantino dünya kuboku ilə bu komandanı ziyarət etdi

FİFA prezidenti Canni İnfantino Formula-1 üzrə “Red Bull” komandasının qarajını ziyarət edib.

Publika.az xəbər veirr ki, planetin ali futbol qurumunun rəhbəri Kanada Qran-prisinə qatılıb və özü ilə dünya çempionatının qalibinə təqdim olunan kuboku da gətirib.

İnfantino Monreal trasına NHL təmsilçisi “Monreal Kanadiens”in geyimi ilə gəlib. Kanada klubu hazırda Stenli Kuboku uğrunda mübarizəni davam etdirir.

Qeyd edək ki, qarşıdakı futbol üzrə dünya çempionatının oyunları ABŞ və Mesika ilə yanaşı Kanadada da keçiriləcək. Turnirin matçlarına Vankuver və Toronto şəhərlərindəki stadionlar ev sahibliyi edəcək.

Избранный
38
publika.az

1Источники