Azərbaycan Serbiya ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.
Fərmanla bu ilin fevral ayının 15-də Belqrad şəhərində imzalanmış saziş təsdiqlənib.
Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.