RU

22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib-FOTO

Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Altıağac, Samur-Yalama, Şahdağ və Ağgöl milli parklarının, həmçinin Qarayazı, Türyançay və Korçay Dövlət Təbiət Qoruqlarının əməkdaşları tərəfindən müxtəlif ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər təşkil olunub:

🔹Xızı şəhərinin R.İsmayılov adına tam orta məktəbi

🔹Ağcabədi şəhərinin 3 nömrəli tam orta məktəbi

🔹Xaçmaz rayonunun Yalama kənd tam orta məktəbi

🔹Ağstafa rayonunun Muğanlı kənd tam orta məktəbi

🔹Ağdaş rayonunun Dəhnəxəlil kənd tam orta məktəbi

🔹Goranboy rayonunun Qarasuçu kənd tam orta məktəbi 

Görüşlər zamanı iştirakçılara ölkəmizin biomüxtəlifliyi, nadir bitki və heyvan növləri, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunmasının vacibliyi barədə məlumat verilib.

Eyni zamanda tələbələrin və şagirdlərin Abşeron, Ağgöl, Göygöl, Samur-Yalama, Şahdağ və Axar-Baxar milli parklarına ekskursiyaları təşkil olunub, müxtəlif ekoloji tədbirlər həyata keçirilib. Abşeron Milli Parkında “Təbiətdən ilham al, onu qoru” mövzusunda sərgi təşkil edilib, “By Layicova” brendinin Abşeron Milli Parkının təbiətinə həsr olunmuş əl işləri nümayiş etdirilib.

Keçirilən tədbirlərin əsas məqsədi biomüxtəlifliyin qorunmasının vacibliyinin geniş təbliği, vətəndaşların ölkəmizin zəngin təbii irsi ilə daha yaxından tanış edilməsinin təmin olunması, eləcə də təbii sərvətlərin gələcək nəsillərə qorunaraq ötürülməsinin əhəmiyyətinin aşılanması olub.


Избранный
23
ekologiya.az

1Источники