RU

Akademik Rasim Əliquliyev Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub. Alim çıxışı zamanı müasir dövrün əsas çağırışlarından biri olan rəqəmsal suverenliyin mahiyyəti, onun təmin olunması üçün zəruri mexanizmlər və bu istiqamətdə Dövlət başçısı tərəfindən qarşıya qoyulan strateji vəzifələrdən danışıb. Ölkəmizdə rəqəmsal arxitekturanın formalaşdırılması, rəqəmsal dövlət modelinin təkmilləşdirilməsi və milli data ekosisteminin qurulması istiqamətində ardıcıl işlərin həyata keçirildiyini deyib.

Akademik Rasim Əliquliyev bildirib ki, İnternet mühitində gedən proseslərin hüquqi tənzimlənməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkələrin kibertəhlükəsizliyinin təmin olunması və milli maraqların virtual məkanda qorunması bütün dünyada rəqəmsal suverenliyin əsas tələblərindəndir.

Избранный
21
2
sia.az

3Источники