RU

Azərbaycanda pambıqçılıq sahəsində məhsuldarlıq 3,6 tona çatıb

BAKI, 25 may. TELEQRAF

Azərbaycanda pambıqçılıq sahəsində hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində bu göstərici 3,6 tona çatıb.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

"Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm," deyə nazir əlavə edib.

Избранный
22
teleqraf.com

1Источники