Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Fənərbaxğa”da gözlər 6–7 iyun tarixlərində keçiriləcək prezident seçkilərinə yönəlib. Namizədlər Hakan Safi və Əziz Yıldırım transfer planları üzərində iş aparır.Demokrat.az xəbər verir ki, bu çərçivədə Əziz Yıldırımın transfer siyahısına dair yeni iddia gündəmə gəlib. Məlumata görə, o, İngiltərə Premyer Liqasında çıxış edən mühüm müdafiəçi ilə maraqlanır.Nigeriyabıb “Pulse Sport” saytının məlumatına görə, ölkə milli komandasının müdafiəçisi Kelvin Bassi “Fənərbağça”nın maraq dairəsindədir. İddialara əsasən, bu maraq Əziz Yıldırımın seçki kampaniyası çərçivəsində azarkeşlərə Nigeriya millisinin səviyyəli oyunçusunu qazandırmaq planı ilə bağlıdır.Bildirilir ki, Bassi transferi olduqca çətin və bahalı əməliyyatdır. O, Premyer Liqanın diqqət çəkən müdafiəçilərindən biri və Afrikanın ən güclü mərkəz müdafiəçilərindən hesab olunur.Futbolçunun “Fulhem”lə müqaviləsi 2027-ci ilin iyununa qədər davam etməlidir, klubun isə müqaviləni 12 ay uzatmaq hüququ var. Oyunçunun “Transfermarkt” dəyəri 28 milyon avro olaraq göstərilir.Qeyd edək ki, Bassi "Qalatasaray"ın ulduzu Viktor Osimhenlə birlikdə Nigeriya millisində çıxış edir.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.