Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışları çap edilib.
XQ xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Xüsusi buraxılışlar “Musiqi sənəti” “Teatr, kino və xoreoqrafiya sənəti”, “İdman”, “Təsviri sənət”, “Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” olmaqla 6 adda nəşr edilib.
"Abituriyent"jurnalının xüsusi buraxılışlarında qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.