RU

Qurban bayramı günlərində heyvanların kəsiminə və satışına ciddi nəzarət ediləcək

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qurban bayramı günlərində digər vaxtlarda olduğu kimi, heyvanların kəsiminə və satışına ciddi nəzarət olunacaq. Bu günlərdə də qanunsuz heyvan kəsimi hallarına icazə verilməyəcək".

525.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin böyük məsləhətçisi Günel Hüseynova jurnalistlərə açıqlamasında deyib.

"Ümumiyyətlə, heyvanlar qanuni kəsim məntəqələrində kəsilməlidir. Belə məntəqələrdə heyvanlar baytarlıq nəzarətindən keçirildikdən sonra onlardan sağlam olanların kəsiminə icazə verilir. Kəsim məntəqələrində, daha sonra isə kəsilmiş heyvanların baytarlıq ekspertizası həyata keçirilir və bundan sonra istehlakçılara təqdim edilir. Eyni zamanda, kəsim məntəqələrində ümumi olaraq sanitar-gigiyenik vəziyyət, işçilərin ümumi vəziyyəti və tullantıların vaxtında atılmasına nəzarət həyata keçiriləcək. Qanunsuz satış halları aşkarlandığı təqdirdə, bununla bağlı müvafiq olaraq icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə tədbirlər həyata keçiriləcək", - deyə G. Hüseynova diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
3
525.az

5Источники