RU

ADAU-da Müstəqillik Günü qeyd olunub - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 May - Müstəqillik Günü münasibətilə təntənəli tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyəti haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Qeyd olunub ki, yeni yaranan Cümhuriyyətin fəaliyyətinin bir hissəsi məhz ADAU-nun yerləşdiyi tarixi binada həyata keçirilib ki, bu da universitet kollektivi üçün xüsusi qürur mənbəyidir.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək, 28 May - Müstəqillik Gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərləri bu gün müstəqil Azərbaycanın inkişafında öz əksini tapır. Rektor cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, dövlət müstəqilliyimizin daha da möhkəmləndiyini vurğulayıb.
Zəfər Qurbanov çıxışında müqəddəs Qurban Bayramının da eyni günlərə təsadüf etdiyini qeyd edərək, hər iki bayram münasibətilə universitet kollektivini və tədbir iştirakçılarını təbrik edib, xalqımıza sülh, rifah və firavanlıq arzulayıb.

Tədbir çərçivəsində Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib. 

Daha sonra ADAU-nun İctimai fənlər kafedrasının dosenti Zümrüd Qəhrəmanova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki mühüm rolundan danışıb.

Tədbir universitet tələbələrinin iştirakı ilə hazırlanan bədii proqramla davam edib. Proqram çərçivəsində “Xarıbülbül” rəqs qrupunun və tələbə ifaçıların təqdimatında müxtəlif musiqi nömrələri, şeirlər və vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş olunub. “Azərbaycan”, “Qarabağ şikəstəsi”, “Qaval rəqsi”, “Atəşgah rəqsi”, “Yaşa Azərbaycan!” kimi çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Избранный
18
23
unikal.az

10Источники