RU

Restoranlar bu yola da əl atdı Yağın pulunu hesaba ayrıca yazdılar

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Aparıcı Cəlalə Nəzərova restoranlardan birində üzləşdiyi maraqlı vəziyyəti sosial şəbəkə hesabında paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, o, çekə sifariş etdikləri kəndsayağı kartofun hesabına əlavə “yağ pulu” yazıldığını bildirib.

C.Nəzərovanın sözlərinə görə, buna etiraz etdikdə restoran əməkdaşları kartofun xüsusi qazanda deyil, tavada hazırlandığını əsas gətiriblər. Müştəri buna zarafatla reaksiya verərək “elədirsə, tavanın pulunu da əlavə edin” deyib. Daha sonra yağ üçün nəzərdə tutulan məbləğ hesabdan silinib. Dördpendirli pizza

Aparıcı restoranın adını açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
3
yenisabah.az

4Источники