RU

Maduro Venesuella xalqına müraciət edib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatları tərəfindən bu ilin yanvar ayında keçirilən əməliyyatdan sonra saxlanıldığı bildirilən Nikolas Maduro uzun fasilədən sonra yenidən açıqlama verib.

Məlumata görə, hazırda Nyu-Yorkda həbsdə saxlanılan Maduro Katolik dünyasında qeyd olunan Pentekost bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Maduro mesajında Venesuela xalqını və bütün dünyanı həyat yoldaşı Silia Flores ilə birlikdə “inam, sevgi və minnətdarlıqla qucaqladığını” bildirib. O, paylaşımında İncil sitatlarına da yer verərək vətəndaşları müdriklik və təvazökarlığa çağırıb.

Xatırladaq ki, Maduro və həyat yoldaşı 3 yanvar tarixində ABŞ qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat zamanı saxlanılaraq ölkədən çıxarılıb. Daha sonra o, narkotik terrorizmi və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla məhkəmə qarşısına çıxarııb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
azpolitika.info

1Источники