RU

4 ayda Azərbaycana 404 ədəd elektrikli avtomobil idxal edilib

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-aprel aylarında 404 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 10 milyon 693 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 205 ədəd, dəyər ifadəsində isə 9 milyon 718 min dollar və ya 47,6% azalıb.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 609 ədəd, dəyəri 20,4 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
banco.az

2Источники