Müğənni Fuad Musayev sosial media hesabında Bakı–Tbilisi qatar biletlərinin qiymətinə münasibət bildirib.Dərgi.az xəbər verir ki, sənətçi qatar qiymətlərini Avropaya olan aviabiletlərlə müqayisə edərək maraqlı paylaşım edib.O, təxminən eyni məbləğə Avropaya hava yolu ilə səyahət etməyin mümkün olduğunu vurğulayıb:“9 saatlıq Bakı–Tbilisi qatar səfərinə 80 manat verməkdənsə, üstünə cəmi 10-15 manat əlavə edib təyyarə ilə Avropaya getmək olar. Macarıstanın “Wizz Air” şirkəti sağ olsun, bizi yerli daşıyıcılardan daha çox düşünür”.Xatırladaq ki, mayın 26-dan etibarən Bakı–Tbilisi marşrutu üzrə qatar reysləri yenidən fəaliyyətə başlayacaq. Biletlərin qiyməti komfort tipli vaqonlarda 81 AZN, comfort+ vaqonlarda 117 AZN, lüks vaqonlarda isə 180 AZN-dən başlayır. Qiymətlərə 23 kiloqrama qədər əl yükü də daxildir.Sosial şəbəkələrdə açıqlanan tariflər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта