RU

Yazar Gülər Eldarın yeni kitabının təqdimatı KEÇİRİLİB - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında yazar Gülər Eldarın yeni kitabının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, "Hiylə" adlı yeni hekayələr kitabında 12 hekayə yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Məhəbbət şairi” Fatma Məmmədqızı oxucuları ilə GÖRÜŞÜB - FOTO


Müəllif qeyd edib ki, əsərlər həyat hekayələri əsasında qələmə alınıb.

Gənc yaşlarında bədii yaradıcılığa başlayan Gülər Eldarın ilk hekayə və şeirlər kitabı "Günü qaralı", "Səssiz xatirə" adlanır. O, "Akif Şahverdiyev" adlı monoqrafiyanın, Zərrə" və "Burulğan" adlı romanların müəllifidir.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

Избранный
16
27
bizim.media

10Источники