RU

Qlobal İT nəhəngləri süni intellektə 700 milyard dollar xərcləyəcək

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal texnologiya dünyasında görünməmiş maliyyə yarışı qızışır.

Banco.az xəbər verir ki, dünyanın ən böyük İT nəhəngləri olan Meta, Alphabet (Google), Microsoft və Amazon -un son maliyyə hesabatları açıqlanıb.

Bu hesabatlara görə, bu nəhənglərin əksəriyyəti 2026-cı il üçün kapital xərclərini əhəmiyyətli dərəcədə artırmaq qərarına gəliblər.

Dörd əsas brend süni intellekt (Sİ) infrastrukturunun — müasir məlumat mərkəzlərinin, ən güclü mikroçiplərin, şəbəkə sistemlərinin və bulud texnologiyalarının — inkişafına ümumilikdə təxminən 700 milyard dollar xərcləməyi hədəfləyir .

Bu investisiya yarışında ən böyük sıçrayış Mark Zuckerbergin rəhbərlik etdiyi "Meta" şirkətinə aiddir. Şirkət xərclərini 125-145 milyard dollara qədər artırıb.  Bu, şirkətin əvvəlki maliyyə planları ilə müqayisədə 8% artım deməkdir.

Bundan əlavə, "Microsoft" və "Alphabet" şirkətləri gələcək texnologiyalar üçün xərcləmə proqnozlarını yuxarıya doğru yenidən nəzərdən keçiriblər. Lakin  "Amazon" xərclərini əhəmiyyətli səviyyədə - 200 milyard dollarda saxlamağı seçib .

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
banco.az

2Источники