RU

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş- Fotolar

Dünən Bakıda səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edən 22 yaşlı Leysan Qədimov tanınmış nəslin nümayəndəsi imiş.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, o, Sədərək rayonundan olan Qədimbəyli ailəsinin övladıdır.

Leysanın ölümü ilə bağlı paylaşım edən əmisi oğlu, tanınmış rejissor Eltən Qədimbəyli (Törəçi) onun rəssam olduğunu, ən böyük arzusunun şəxsi emalatxana yaratmaq olduğunu deyib.
 

Bildirilib ki, Leysanın atası Mikayıl Qədimov “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli ilə əmioğludur. M.Qədimov daha əvvəl Yusif Qədimbəylinin müşaviri vəzifəsində çalışıb.


Onların əmisi qızı İlhamə Qədimova isə kənd təsərrüfatı nazirinin müavinidir.

Qeyd edək ki, 22 yaşlı Leysan Qədimov dünən Suraxanı rayonunda səhhətində yaranan qəfil ağırlaşma səbəbindən dünyasını dəyişib.








Bizim.Media

Избранный
1
7
bizim.media

10Источники