RU

Hələ tarixdə Fernandeş kimisi olmamışdı

İngiltərə Premyer Liqasının (İPL) 38-ci - sonuncu turu çərçivəsində dünən səfərdə "Brayton"u 3:0 hesabı ilə üstələyən "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş sözügedən çempionatda tarixi rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu "qağayılar"la görüşdə cari mövsüm 21-ci qol ötürməsini edib.

O, bir İPL mövsümündə bu sayda assist həddinə çatan ilk futbolçu olub.  Daha "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri (2002/2003) və "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Kevin De Bröyne (2019/2020) hərəyə 20 assistlə diqqət çəkmişdilər.

Xatırladaq ki, MY mövsümü 71 xalla 3-cü pillədə başa vurub.

Nihat

Избранный
6
fanat.az

1Источники