RU

Gəncə Dram Teatrından su basma ilə bağlı AÇIQLAMA

Gəncə Dövlət Milli Dram Teatrı mayın 22-də Gəncədə yağan güclü yağışdan sonra işçinin yağış sularının yığılması nəticəsində içəridə qalması barədə yayılan görüntülərə aydınlıq gətirib.

 

Teatrdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün əvvəl şəhərdə müşahidə olunan güclü yağış nəticəsində Gəncə Dövlət Milli Dram Teatrının zirzəmi hissəsinin girişində yağış suları yığılıb.

 

“Hadisə dərhal nəzarətə götürülüb, FHN əməkdaşları tərəfindən operativ müdaxilə olunaraq su çəkilib. Hazırda vəziyyət tam nəzarət altındadır və teatr fəaliyyətini davam etdirir”, - açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova

 

Tarix: 25 May 2026, 12:21   
Избранный
7
2
pravda.az

3Источники