Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Clinical Electrophysiology” jurnalında dərc olunan araşdırmaya görə, gənclərdə qəfil ürək dayanması çox vaxt genetik mutasiyalarla əlaqəlidir.
Moderator.az xəbər verir ki, tədqiqatçılar 3 mindən çox insanın genetik məlumatlarını analiz edərək ürək ritminin pozulmasına səbəb ola bilən 15 gen müəyyən ediblər.
Məlum olub ki, 29 yaşdan aşağı pasiyentlərin təxminən 10 faizində bu genetik dəyişikliklərə rast gəlinir.
Yaş artdıqca bu göstərici azalır və 70 yaşdan yuxarı şəxslərdə cəmi 3 faiz təşkil edir. Alimlərin sözlərinə görə, yaşlı insanlarda ürək dayanması daha çox damar tıxanması və digər ürək-damar xəstəlikləri ilə bağlıdır.
Mütəxəssislər ailəsində qəfil ürək dayanması halları olan şəxslərə genetik testlərdən keçməyi tövsiyə edirlər ki, risk erkən mərhələdə müəyyən olunsun və profilaktik tədbirlər görülsün.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.