RU

Qalibaf yenidən sədr seçildi

İran parlamentinin (İslam Şurası Məclisi) sədri Məhəmməd Baqir Qalibaf növbəti dəfə sədr seçilib.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, o bunu səs çoxluğu ilə təmin edib.

Məclisin sədri vəzifəsinə Məhəmməd Baqer Qalibaf, Höccətülislam Məhəmməd Təqi Nəqdəli və Osman Salari namizəd göstərilib. pizza hut

Qalibaf 271 səsdən 235 səsi qazanaraq sədr seçilib.

Məhəmməd Bağır Qalibaf 11-ci çağırış parlamentin 4 ili və 12-ci çağırış parlamentin 2 ili ərzində ölkənin ali qanunvericilik qolunun rəhbəri olub.


Telegram kanalımız
Избранный
46
yenisabah.az

1Источники