RU

Azərbaycan dilində süni intellektlə orfoqrafiya lüğəti hazırlanır

“Məqsədimiz Azərbaycan dilində ilk dəfə olaraq süni intellektin köməyi ilə orfoqrafiya lüğətinin hazırlanmasıdır. Bu təşəbbüs ənənəvi yanaşmaları inkar etmir, əksinə, onları tamamlayan yeni və mühüm bir addımdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışı zamanı deyib.

O bildirib ki, layihənin icrası süni intellekt texnologiyaları ilə həyata keçirilir:

“Süni intellekt vasitəsilə belə bir layihənin həyata keçirilməsi çətin olsa da, artıq prosesə başlanılıb. İlkin mərhələdə Azərbaycan dilində 55 milyon sözün analizi aparılıb. Təbii ki, həmin korpusda təkrarlanan və texniki xarakterli elementlər də mövcuddur.

Hazırda 220 min söz üzərində işləyirik. Faktiki olaraq, bu, dilimizdə işlənən söz ehtiyatını əks etdirən əsas korpusdur və onların emalı prosesi davam edir.

Burada əsas məsələ ehtiyatlı yanaşmadır. Çünki hər söz işlək deyil və hər ifadənin lüğətə daxil edilməsi doğru yanaşma olmaz. Bu prosesdə əsas suallar ortaya çıxır: bu söz dilimizdə işlənirmi, yoxsa təsadüfi xarakter daşıyır?

Bu baxımdan əsas meyar tezlik lüğəti olacaq. Orfoqrafiya lüğətinə daxil ediləcək sözlər əvvəlcə tezlik göstəricilərinə əsasən qiymətləndiriləcək.

Kor-koranə və təsadüfi sözlərin lüğətə daxil edilməsi isə düzgün yanaşma deyil".

Избранный
55
azedu.az

1Источники