Xəzər dənizində zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 08:40-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.