ABŞ dövlət katibi Marco Rubio mayın 26-da Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rubio arasında görüş keçiriləcək. Görüşdən sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır. Daha sonra Mirzoyan media nümayəndələri üçün ayrıca mətbuat konfransı keçirəcək.
Rubio ilə Mirzoyan arasında son aylarda Vaşinqton-Yerevan münasibətlərinin genişlənməsi, o cümlədən regional nəqliyyat və “TRIPP” təşəbbüsü ilə bağlı intensiv təmaslar müşahidə olunur
Gülnar
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта