Bakı, 25 may, AZƏRTAC
XXI əsrin Afrikası getdikcə qlobal transformasiyanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Bakı Dövlət Universiteti Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin gücləndirilməsinə yönəlmiş strateji baxışını yüksək qiymətləndirir və tam dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.
O bildirib ki, son illərdə Azərbaycan ilə müxtəlif Afrika ölkələri arasında təhsil, elmi tədqiqat, diplomatiya və gənclərin inkişafı sahələrində artan əməkdaşlıq müşahidə edilir.