RU

İsraildən LivanaTƏHDİD

İsrail ordusu atəşkəs rejimini pozaraq Livan ərazisində yerləşən 10 yaşayış məntəqəsinə hücum ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Livanın cənubunda yerləşən bir sıra yaşayış məntəqələri, eləcə də Bekaa bölgəsindəki Meydun kəndi hədəfə alınacaq.

O, həmin ərazilərdə yaşayan sakinlərdən yaşadıqları yerlərdən ən azı 1 kilometr uzaqlaşmağı istəyib.

Məlumata görə, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənub bölgələrinə hava hücumlarını davam etdirir. Daha əvvəl də müxtəlif yaşayış məntəqələri ilə bağlı oxşar xəbərdarlıqlar edilib.

NURİYYƏ

Избранный
15
redaktor.az

1Источники