RU

Azərbaycanda ödəniş kartlarının sayı ötən ay 108 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan öccc artaraq 22 milyon 518 min ədəd təşkil etmişdir.

Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artmışdır.

Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalaraq 2 milyon 45 min ədəd olub. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir.

Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artmışdır. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 mln. manat təşkil etmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 7,969 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil etmişdir.

 

Избранный
20
3
banker.az

10Источники