Alma təkcə aşağı kalorili deyil, həm də vitamin və minerallarla zəngin meyvədir.
Pravda.az bildirir ki, 1 ədəd orta boy (150 qr) almanın qida dəyərləri aşağıdakı kimidir:
Karbohidrat: 21 qr
Lif (Pektin): 4 qr (Gündəlik lif ehtiyacının 16%-i)
Zülal (Protein): 0.4 qr
Yağ: 0.2 qr
C Vitamini: Gündəlik ehtiyacın 14%-i
Kalium: Gündəlik ehtiyacın 6%-i
Almanın tərkibindəki liflərin böyük hissəsi və C vitamini onun qabığındadır. Bu səbəbdən almanı yaxşıca yuduqdan sonra qabığı ilə birlikdə yemək daha faydalıdır.
Pəhriz saxlayarkən alma yemək olarmı?
Bəli, mütləq olar! Hətta alma pəhrizlərin ən böyük köməkçisidir. Budur səbəbləri:
Uzun müddət tox tutur: Tərkibindəki yüksək lif (xüsusilə pektin) sayəsində mədədə şişərək toxluq hissi yaradır və şirniyyat krizlərinin qarşısını alır.
Həzm sistemini çalışdırır: Lifli strukturu bağırsaq fəaliyyətini tənzimləyir və maddələr mübadiləsini sürətləndirir.
Aşağı qlikemik indeks: Qan şəkərini birdən-birə qaldırmır, enerjinizi gün ərzində stabil saxlayır.
Almanı tək yemək xoşunuza gəlməsə, onu daha da doyurucu və dadlı vəziyyətə gətirə bilərsiniz:
Fıstıq-fındıq əzməli alma: 1 ədəd orta boy almanı dilimləyin və üzərinə 1 çay qaşığı təbii fıstıq əzməsi çəkin. Həm zülal, həm də lif anbarıdır!
Qatıqlı və darçınlı alma: Almanı rəndələyin, üzərinə bir az darçın səpin və 3 xörək qaşığı yağsız qatıqla qarışdırın. Darçın qan şəkərinizi tənzimləməyə kömək edəcək.
Sağlam və balanslı qidalanma proqramınızda hər gün 1 ədəd almaya yer ayıraraq həm formunuzu qoruya, həm də sağlamlığınızı dəstəkləyə bilərsiniz.
Əminə Bayramova