RU

Kosmosda yadplanetli qalaktikanın izləri tapıldı

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ulduzlu səmada, “Süd Yolu”nda yadplanetli qalaktikanın mümkün izləri aşkar edilib.

Azpost.info bildirir ki, alimlər milyardlarla il əvvəl Süd Yolu tərəfindən udulmuş qədim cırtdan qalaktikanın qalıqları ola biləcək 20 ulduz kəşf ediblər.

Hertfordşir Universitetinin professoru Federiko Sestitonun rəhbərlik etdiyi tədqiqatçılar kimyəvi cəhətdən bir-birinə bənzəyən, lakin yaxınlıqdakı ulduzlardan çox fərqli olan metal baxımından kasıb ulduzlar qrupunu araşdırıblar.

Onlar Süd Yolunun əsas diskində yerləşdikləri üçün alimlər ulduzların çox uzun müddət əvvəl udulduğuna inanırlar.

Kompüter modelləşdirməsi göstərib ki, metal baxımından kasıb ulduzlar, ehtimal ki, “qədim sistemin qalıqları”dır. Alimlər ona Skandinaviya mifologiyasından olan tanrının şərəfinə “Loki” adını veriblər.

Süd Yolunun təxminən 13 milyard yaşı var. O, hazırkı ölçüsünü və formasını qismən daha kiçik qalaktikaları və ulduz qruplarını udmaqla əldə edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
azpost.info

2Источники