Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ və İran arasında çərçivə sazişi üzrə razılaşmanın 95 faizinin tamamlandığı bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran “çərçivə sazişi ilə prinsip etibarilə razılaşıb” və sənədin böyük hissəsi artıq razılaşdırılıb. Adı açıqlanmayan rəsmi şəxs telekanala bildirib ki, “nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub, hazırda isə mətn üzərində iş aparılır”.
Mənbənin sözlərinə görə, “bu gün və ya sabah müqavilə imzalanmayacaq”. O hesab edir ki, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın əldə olunması üçün daha beş-yeddi gün vaxt verə bilər.
Telekanalın mənbəsi qeyd edib ki, Vaşinqton özünü qane edən razılaşma əldə edə bilməsə, ABŞ ordusu İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirə bilər.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.