RU

İsa Həbibbəyli: Hər kəs ana dilinin zənginliyindən düzgün istifadə etməlidir

BAKI, 25 may. TELEQRAF

“Dilin inkişafına qayğı inkişaf etmiş ölkələrdə dövlət səviyyəsində həyata keçirilir. Azərbaycanda da dövlətin apardığı dil siyasəti Azərbaycan dilinin qorunmasına və inkişafına xidmət edir. Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akaddmiyasının prezidenti İsa Həbibbəyli“Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransında deyib.

O vurğulayıb ki, hər kəs ana dilinin zənginliyindən və inkişaf imkanlarından düzgün istifadə etməlidir:

“Azərbaycan elmi isə qrammatikanın müxtəlif şöbələrinə aid kitablar nəşr etməklə bu sahəyə öz töhfəsini verir. Yaxın zamanda morfologiya bölməsi də çap ediləcək. İnanıram ki, alimlər bu işin öhdəsindən uğurla gələcəklər. Bu da Azərbaycan dilinin saflığının qorunmasına şərait yaradacaq”.

“Dilin inkişafına qayğı inkişaf etmiş ölkələrdə dövlət səviyyəsində həyata keçirilir. Azərbaycanda da dövlətin apardığı dil siyasəti Azərbaycan dilinin qorunmasına və inkişafına xidmət edir. Azərbaycan dilinin saflığının qorunması daha çox nitq mədəniyyəti ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akaddmiyasının prezidenti İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransında deyib.

O vurğulayıb ki, hər kəs ana dilinin zənginliyindən və inkişaf imkanlarından düzgün istifadə etməlidir:

“Azərbaycan elmi isə qrammatikanın müxtəlif şöbələrinə aid kitablar nəşr etməklə bu sahəyə öz töhfəsini verir. Yaxın zamanda morfologiya bölməsi də çap ediləcək. İnanıram ki, alimlər bu işin öhdəsindən uğurla gələcəklər. Bu da Azərbaycan dilinin saflığının qorunmasına şərait yaradacaq”.

Избранный
8
teleqraf.com

1Источники