ABŞ-ın "Bombardier ARTEMIS II" kəşfiyyat təyyarəsi mayın 23-də Gürcüstan hava məkanından istifadə edərək Rusiya hərbi aktivliyi və rabitə sistemlərini izləmək üçün qeyri-adi kəşfiyyat missiyası həyata keçirib. Təyyarə Mixail Koqelnıçanu aviabazasından havaya qalxıb...
Poliqon xəbər verir ki, Adevarul nəşrinin yazdığına görə, xüsusi təyinatlı "Bombardier ARTEMIS II" kəşfiyyat təyyarəsi Qara dəniz regionu üzərində uçuş zamanı Rusiya ərazisini müşahidə edib.
Missiya müşahidəçilərin diqqətini cəlb edib, çünki əməliyyat Gürcüstan hava məkanından həyata keçirilib. Halbuki Tbilisidəki hökumət Rusiyaya yaxın mövqeyi ilə tanınır.
Hava hərəkətini izləyən müşahidəçilərin məlumatına görə, təyyarə əvvəlcə Mixail Koqelnıçanu aviabazasından qalxaraq Qara dəniz üzərində adi marşrut üzrə kəşfiyyat uçuşu həyata keçirib, daha sonra isə Gürcüstan üzərində patrul fəaliyyətinə başlayıb.
"ARTEMIS II" kəşfiyyat sistemi 600 kilometrədək fəaliyyət radiusuna malikdir. Bu isə ona Rusiyanın Həştərxan vilayəti və Stavropol diyarında, eləcə də demək olar ki, bütün Xəzər dənizi bölgəsində yerləşən radar və rabitə vasitələrini izləməyə imkan verir.
Təyyarənin həmçinin İranın şimal hissəsini, o cümlədən Mahabad və Rəşt şəhərlərinə qədər olan əraziləri müşahidə edə bildiyi bildirilir.
Müşahidəçilər qeyd ediblər ki, onlar indiyədək bu tip təyyarələrin Qara dəniz bölgəsindəki adi missiyalarla müqayisədə bu qədər şərqə doğru uçduğunu görməyiblər.
Rusiya təyyarələri və pilotsuz uçuş aparatları tez-tez Litva, Latviya və Estoniyanın hava məkanını pozur.
NATO uzun müddətdir ki, öz döyüş aviasiyası olmayan üzv dövlətlərin hava məkanının qorunmasını təmin edir. Alyansın qırıcı təyyarələri İslandiya və Baltik ölkələrində də növbəli şəkildə xidmət aparır.
Poliqon.info