RU

Pakistanda terakt: onlarla ölü və yaralı

ain.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanda terakt: onlarla ölü və yaralı

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, bazar günü hərbçilərin olduğu qatara hücum nəticəsində ən azı 24 nəfər həlak olub, 50-dən çoxu isə yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Öz növbəsində AP agentliyi xəbər verir ki, həlak olanların sayı 19 nəfər, yaralıların sayı isə 70-dən çoxdur, onlardan 20-si ağır vəziyyətdədir. Reuters agentliyinin məlumatına görə, 24 nəfər həlak olub, azı 70 nəfər yaralanıb.

Rəsmilərin sözlərinə görə, sərnişin qatarı əyalətin paytaxtı Kvetta şəhərindəki Çaman-Pattak dəmir yolu keçidindən keçərkən, partlayıcı maddələrlə doldurulmuş avtomobildə olan intiharçı terrorçu tərəfindən vurulub. Qatar Kvetta'dan Pakistanın şimal-qərbindəki Peşəvara gedirdi.

Güclü partlayış nəticəsində qatarın iki vaqonu aşıb və yanmağa başlayıb. Partlayış yaxınlıqdakı binalara da ziyan vurub və yol boyunca park edilmiş ondan çox avtomobili dağıdıb. AP qeyd edir ki, hücum Pakistan təhlükəsizlik qüvvələrinin adətən yerləşdiyi ərazidə baş verib. Bəlucistan əyalətinin hökumətinin mətbuat katibi Şahid Rind bildirib ki, Kvetta xəstəxanalarında fövqəladə tibbi vəziyyət elan edilib.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
oxumeni.az

2Источники