RU

Bakıdakı restoranda qəribə hal: Kartofu qızartdıqları yağı da hesaba yazdılar (FOTO)

Bakıda restoranlardan biri kartofu qızartdığı yağın pulunu da hesaba yazıb.

"Unikal" xəbər verir ki, bu barədə aparıcı Cəlalə Nəzəroğlu bildirib.

“Yaşadığım binanın içində bir restoran var. Yumurtadan yun qırxılan bir yerdir. Yemək bişirməyə həvəsim olmadı, dedik, eybi yox, düşüb orada yeyək. Kəndsayağı kartof da sifariş etmişik. Qəbz gələndə təəccübləndim-kartofu qızartdıqları yağın da pulunu yazıblar! Çağırıb deyirəm, bu, nədir? Deyir, "free" qazanında yox, tavada qızarıb. Dedim, başa düşürəm e, kartofu çiy gətirəsi deyildiniz ki!

Onda lütfən, gedin tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm. Gülməli açıqlama:

"Çox sağ olun ki, bildirdiniz, başa düşdük". Guya indiyə kimi xəbərləri yox imiş. Hələ bu azmış kimi, ofisanta göstəriş verir ki, yağın pulunu çıx. Üzrü qəbahətindən də böyük! Tam ödənişi etdim, amma heyif qazın və tavanın pulunu almadılar, - o qeyd edib.

Избранный
10
8
unikal.az

9Источники