Paytaxtın Nəsimi rayonunda – metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb.
KONKRET.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib.
Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.