RU

Putinin ailəsi ilə bağlı gizli fakt üzə çıxdı: Babası bu kənddə...

Rusiya prezidenti Vladimir Putinin ata tərəfdən babası Spiridon İvanoviç Putinin 1879-cu ildə xaç suyuna salınma qeydi aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a tarix üzrə fəlsəfə doktoru Mixail Qerşzon məlumat verib.

Araşdırmaçı alim bildirib ki, sənəd Tver vilayətində yerləşən Dudino kəndinin metrik kitabında tapılıb. Məlumata görə, Spiridon Putin ailəsinin Turqinovo kəndinin kilsəsinə bağlı olmasına baxmayaraq, Dudinodakı “İsa Məsihin Göyəqalxma” məbədində xaç suyuna salınıb.

Qerşzonun sözlərinə görə, araşdırma zamanı metrik kitablar, dini qeydiyyat sənədləri və əhali siyahıları öyrənilib. Bunun nəticəsində Putinin əcdadlarının doğum tarixləri, yaşadıqları yerlər və arxiv sənədləri dəqiqləşdirilib.

Tapılan qeyddə Spiridonun 1879-cu ilin dekabrında doğulduğu və xaç suyuna salındığı göstərilib. Sənəddə valideynləri “Pominovo kəndinin kəndlisi İvan Petrov və qanuni həyat yoldaşı Praskovya Matveyeva” kimi qeyd olunub. Xaç atası və xaç anası isə yaxın qohumları olub.

Избранный
2
50
publika.az

10Источники