RU

Masallıda sərbəst güləş üzrə turnir

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Masallı Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə “ 23 May – Beynəlxalq Güləş Günü” nə həsr olunmuş sərbəst güləş üzrə Masallı rayon açıq turnirinin açılış mərasimində tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Açılış mərasimində Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi İlham Məmmədov və Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov çıxış edərək turnirin əhəmiyyətindən, gənclərin idmana marağının artırılmasından və sərbəst güləşin inkişafına verilən töhfələrdən danışıblar.

Daha sonra yarışın keçirilməsi və təşkilində göstərdikləri dəstəyə görə bir sıra şəxslər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələrlə təltif olunublar.

Məlumat üçün bildirək ki, turnirdə 180-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində qələbə uğrunda mübarizə aparıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
sesqazeti.az

1Источники