“28 May”da binanın üzlüyü maşınların üstünə töküldü - Video
Paytaxtın Nəsimi rayonunda - metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb.“BUTA.TV” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib.