RU

Səmimi və dostluq şəraitində keçən voleybol yarışı

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Astara Pedaqoji Kollecində tələbələr arasında idmana maraq yaratmaq üçün rəhbərliyin təşəbbüsü ilə vaxt aşır müxtəlif yarışlar təşkil edilir. Həm də təhsil ocağın tələbələri rayonda təşkil olunan kütləvi idman tədbirlərində tez-tez öz qüvvələrini sınayırlar. Çox vaxtda yarış zamanı tələbələr yüksək komanda ruhu, çeviklik və əzmkarlıq göstərib qalib kimi pərəstişkarlarını sevindirməyi bacarırlar.

Bu günlər kollecin qızlardan ibarət voleybol komandası Astara şəhər 1 saylı orta məktəbinin idman zalında rayon üzrə yoldaşlıq görüşü çərçivəsində baş tutan voleybol yarışında uğurla çıxış edərək qalib adını qazanıblar. Səmimi və dostluq şəraitində keçən yarış həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Onu da bildirim ki, yoldaşlıq görüşün təşkilində əsas məqsəd gənclər arasında voleybol idman növünün inkişafı, ona daha çox maraq verən istedadlı idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili, eləcə də oyunçular arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
sesqazeti.az

1Источники