RU

İraq nefti daşıyan supertanker ABŞ-nin dəniz blokadasını keçib

Çinə təxminən 2 milyon barel neft aparan “Eagle Verona” tankeri Ərəb dənizinə daxil olub...

İraq nefti daşıyan supertanker ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını keçərək Ərəb dənizinə çıxıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Məlumata görə, təxminən 2 milyon barel İraq neftini Çinə daşıyan “Eagle Verona” adlı iri tanker Oman körfəzindən keçərək Ərəb dənizinə daxil olub.

Nəşrin yazdığına əsasən, gəmi beynəlxalq dəniz məlumat bazası olan Equasis sistemində AET Inc PTE Ltd şirkətinin mülkiyyətində göstərilir. Şirkətin Malayziya mənşəli olduğu və qərargahının Sinqapurda yerləşdiyi bildirilir.

Eyni zamanda qeyd olunur ki, AET Inc PTE Ltd MISC Berhad qrupunun tərkibinə daxildir. MISC isə Malayziyanın dövlət enerji nəhəngi PETRONAS şirkətinin strukturuna daxildir. Bloomberg-in məlumatına görə, MISC və AET şirkətlərinin Sinqapurda eyni hüquqi ünvandan istifadə etdiyi də vurğulanıb.

Məqalədə ABŞ-ın tətbiq etdiyi dəniz məhdudiyyətlərinin fonunda tankerin marşrutunu uğurla davam etdirməsinin beynəlxalq enerji bazarında diqqətlə izlənildiyi qeyd edilir. Hazırda Vaşinqton rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Poliqon.info

Избранный
71
poliqon.info

1Источники