“Bavariya”nın ingilis hücumçusu XXI əsrdə bir mövsümdə 60-dan çox qol vuran üçüncü futbolçu kimi tarixə düşüb...
Poliqon xəbər verir ki, Almaniya çempionu FC Bayern Munich klubunun ingilis hücumçusu Harri Keyn 2025/2026 mövsümünü 61 qolla başa vurub.
Beləliklə, Harri Keyn XXI əsrdə bir klub mövsümündə 60-dan çox qol vuran sayca üçüncü futbolçu olub. Ondan əvvəl bu göstəriciyə yalnız argentinalı Lionel Messi və portuqaliyalı Cristiano Ronaldo nail olmuşdu.
Lionel Messi FC Barcelona heyətində 2011/2012 mövsümündə bütün turnirlərdə 73 qol vuraraq rekord göstəriciyə imza atmışdı. Kriştianu Ronaldo isə Real Madrid CF forması ilə 2014/2015 mövsümündə 61 qol müəllifi olmuşdu.
Harri Keynin bu nəticəsi onun karyerasının ən məhsuldar mövsümlərindən biri hesab olunur. İngilis hücumçu mövsüm ərzində həm Almaniya Bundesliqasında, həm də avrokuboklarda “Bavariya”nın əsas qol silahı kimi çıxış edib.
Poliqon.info