RU

Britaniya müdafiə nazirini daşıyan təyyarə Rusiya sərhədi yaxınlığında GPS siqnalını itirib

Britaniya

Böyük Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş zamanı GPS siqnalını itirib.

Bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin jurnalisti Britaniya hərbi qüvvələrinin Estoniyanın cənub-şərqində yerləşən bölmələrinə səfər edən naziri müşayiət edib. Heyətdə həmçinin hərbi müşavirlər, adı açıqlanmayan üçulduzlu general və iki fotoqraf da olub.

Məlumata görə, mayın 21-də Britaniyaya qayıdarkən “Dassault Falcon 900LX” tipli təyyarədə qlobal mövqetəyinetmə sistemi – GPS siqnalı itib.

Qəzet yazır ki, sistemi yalnız yenidən başladaraq bərpa etmək mümkün idi, lakin təyyarə havada olduğu üçün bu edilməyib. Nəticədə pilot üç saat davam edən uçuş boyunca xarici siqnallara ehtiyac duymayan inertial naviqasiya sistemindən istifadə edib.

“The Times” qeyd edir ki, hadisə zamanı təyyarənin idarə panelinin bir hissəsi fəaliyyətini dayandırıb, sərnişinlərin kompüterləri isə internetə qoşula bilməyib.

Nəşr baş verənlərin məhz bu təyyarəyə qarşı yönəlmiş məqsədli müdaxilə olub-olmadığı ilə bağlı nəticə çıxarmayıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Избранный
12
4
xalqcebhesi.az

5Источники