RU

Cəbrayıl sakini: Hər zaman kəndimizin, evimizin həsrətini çəkmişik

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 may, AZƏRTAC

Biz bu həsrətlə illərlə yaşamışıq. Mən bu yerlərdən çıxanda 35 yaşım var idi. İndi isə 70 yaşın içindəyəm. Məcburi köçkünlük illəri çətin keçib. Hər zaman kəndimizin, evimizin, yurdumuzun həsrətini çəkmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Zeynəb Quliyeva söyləyib.

O, qızı və yoldaşı ilə birlikdə doğma yurda qayıtdığını bildirib.

Keçmiş məcburi köçkün onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
3
azertag.az

4Источники