Samux rayonunda Kür çayının səviyyəsi son bir ayda artıb.“BUTA.TV” xəbər verir ki, xüsusilə rayonun Qırmızı Saxmux kəndi və Kürqırağı ərazilərdə vəziyyət daha da təhlükəli hal almaqdadır. Belə ki, artıq çayın ətrafındakı meşələrin bir hissəsini su basıb. Bundan əlavə, əkilən sahələr də sel təhlükəsi ilə üz-üzə qalıb.