RU

Qubada gənclərin günü

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 2025/26 mövsümü başa çatdı. Sonuncu oyunda “İmişli” “Karvan-Yevlax”la heç-heçəyə razılaşdı.

Turnir cədvəli baxımından nəticəsinin əhəmiyyəti olmayan matçda autsayder daha yaxşı göründü. Liqanı tərk edəcəyi əvvəlcədən dəqiqləşən “Karvan-Yevlax” son dəqiqədə buraxdığı qolla qələbəni əldən verdi.

“İmişli”də baş məşqçi Jorj Kaşkilya əsas heyətin böyük qisminə istirahət verdi, gənclərlə meydana çıxdı. Təcrübəsizlik və keyfiyyət çatışmazlığı sözünü dedi. “İmişli” bu mövsüm həm də ilk dəfə start heyətdə 10 yerli futbolçu ilə oynadı.  “Karvan-Yevlax”ın rahat və üstün oynaması da məhz bununla bağlı idi. Bu mövsüm müdafiədəki kompakt oyunu ilə diqqət çəkən “şirlər” bu dəfə çox boşluq verməklə yadda qaldı.

İkinci hissənin sonlarına yaxın əvəzetmələrlə oyunu bərabərləşdirməyə çalışan “İmişli” istəyinə nail oldu. “Karvan-Yevlax” qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edən Dieqou Kardozu mövsümün sonuncu qoluna imza atdı.

“Futbol ili”nin startında “Karvan-Yevlax” “Qəbələ” ilə qarşılaşmış və 1:1 hesablı heç-heçə etmişdi. Maraqlı təsadüfdür, yevlaxlılarla başlayan mövsüm elə yevlaxlıların “sülh”ü ilə də başa çatdı.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
futbolpress.az

1Источники