RU

Şükürbəyli sakini: Çox sevincliyik, evimizə köçür, yurdumuza qayıdırıq

Çox sevincliyik, evimizə köçürük, yurdumuza qayıdırıq.

Bu sözləri "Far.Az"a Cəbrayıl rayonunun Şükürbəyli kənd sakini, keçmiş məcburi köçkün Zeynəb Quliyeva deyib.

O, bildirib ki, həyatının ən gözəl günlərindən birini yaşayır:

"Allah Prezidentimizə uzun ömür bəxş etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mənim bacım, xalam oğlu da müharibədə şəhid oldu.

Cəbrayılı 35 yaşımda tərk etmişəm, 70 yaşımda qayıdıram. Yurduma həyat yoldaşımla oğlumla, qızımla, birlikdə dönürəm. Bundan gözəl gün olarmı?".

Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürüləcək.

Избранный
84
far.az

1Источники