RU

Şükürbəyli sakini: "Yurdumuza qayıtmağın xoşbəxtliyi ayrıdır"

BAKI, 25 may. TELEQRAF

"30 yaşında köçkün düşdüm, indi 70 yaşında doğma kəndimə qayıdıram".

Teleqraf xəbər verir ki, bunu Şükürbəyli sakini, keçmiş məcburi köçkün Zeynəb Quliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün sevincinin həddi-hüdudu yoxdu: "Allah Prezidentimizin, qazilərimizin canını sağ eləsin, şəhidlərimizin yeri rahat olsun. Bacımın və xalamın oğlu şəhid olub, ruhlarl şad olsun.
Bu gün onlar da sevinir. Yurdumuza, obamıza qayıtmağın xoşbəxtliyi ayrıdır".

Qeyd edək ki, bu gün Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdəŞükürbəyli kəndinə 535 nəfərdən ibarət 119 ailə köçürülüb.

Избранный
89
teleqraf.com

1Источники